Lənkəranda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada vəfat edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Lənkəranda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada vəfat edib

Vətənim Media xəbər verir ki, Lənkəran-Lerik magistralının Darquba kəndi ərazisində avtomobil yolu keçən 10 yaşlı uşağı vurub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə günorta saatlarında baş verib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq reanimasiya tədbirlərinə baxmayaraq vəfat edib. Hadisədən sonra ərazidən uzaqlaşan sürücü polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗