Beş ərazidə 15 yeni bağça açılır, 7-si artıq fəaliyyətə başlayıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Beş ərazidə 15 yeni bağça açılır, 7-si artıq fəaliyyətə başlayıb

Vətənim Media xəbər verir ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir. Açılışı artıq keçirilən yeddi bağçadan dördü Xocavənddə, ikisi Ağdamda, biri isə Xankəndidə yerləşir.

Qalan səkkiz müəssisənin yaxın günlərdə açılması nəzərdə tutulur. Onlar Xocalının Təzəbinə, Daşbulaq və Şuşakənd, Xocavəndin Xanoba, eləcə də Ağdərənin Vəngli, Həsənriz və Aşağı Oratağ kəndlərindədir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin APA-ya verdiyi məlumata görə, yeni bağçalar azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə çıxışını artırmağa xidmət edəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗