Vətənim Media xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, Lənkəranda “Mercedes” markalı avtomobil xalça fabrikinin hasarına çırpıldıqdan sonra yanıb. Qəza köhnə Ələt-Astara magistralının “Ləvəngi dairəsi” adlanan hissəsində baş verib.
Hadisə yerində ölən sürücünün 2001-ci il təvəllüdlü Vüqar Ağazadə olduğu müəyyənləşib. Avtomobildəki sərnişinlər, 2001-ci il təvəllüdlü Elvin Məmmədli və İsmayıl Rüstəmli xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yanğın söndürülüb, sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əsas mənbə: APA
