Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın iki neft tankerinin ələ keçirilməsi və sonradan geri qaytarılması, eləcə də “Abraham Linkoln” aviadaşıyıcısının hücuma məruz qalması barədə iddiaları təkzib edib. Komandanlıq ABŞ-ın Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb etməsi barədə xəbərlərin də həqiqəti əks etdirmədiyini bildirib.
CENTCOM bəyan edib ki, ABŞ qüvvələri və regional tərəfdaşları boğaza nəzarət edir, gəmiçiliyin sərbəst keçidinin bərpası istiqamətindəki səylər uğurlu olub. Komandanlığın məlumatına görə, ABŞ-ın mühafizəsi ilə minlərlə gəmi və milyardlarla barel neft boğazdan təhlükəsiz keçib. Bəyanatda “Abraham Linkoln”un zərbə qrupu ilə birlikdə missiyasını başa vurduğu və ABŞ-a təhlükəsiz qayıtdığı da qeyd olunub.
Əsas mənbə: APA
