Vətənim Media xəbər verir ki, Gəncədə 15 yaşlı yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı Əfqan Yusubov saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, polis müvafiq tədbirlər keçirib. Faktla bağlı araşdırma davam edir.
TƏBİB-in APA-nın sorğusuna cavabında bildirilib ki, 2011-ci il təvəllüdlü yeniyetmə dünən saat 23:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin arxa nahiyəsində açıq yara diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent zəruri tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Əsas mənbə: APA
