Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda Əliyev Mavritaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
Məktubda Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına əhəmiyyət verildiyi bildirilib. İlham Əliyev birgə səylərlə dövlətlərarası münasibətlərin potensialından səmərəli istifadə etməklə qarşılıqlı fəaliyyətin daha da inkişaf edəcəyinə inandığını qeyd edib.
Əsas mənbə: APA
