“Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin növbəti təlimi keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Gəncə Dövlət Universitetində Əlilliyi olan tələbələr üçün Mərkəzin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin növbəti təlimi keçirilib.
Layihənin əsas məqsədi gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək,qorunan tariximizi gənclərə daha ətraflı və dolğun şəkildə çatdırmaq,bugünkü tarixi qoruyaraq gələcək nəsillərə miras qoymağa kömək etməkdir.
Tədbirdə Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru,millət vəkili, dosent Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Respublika Əlil Təşkilatları İttifaqının Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova, Əlilliyi olan tələbələr üçün Mərkəzin direktoru Farizə İsmayılzadə, QHT nümayəndələri, “Dəstək qrupu”nun üzvləri, Universitetdə təhsil alan əlil tələbələr iştirak ediblər.
Tədbiri Pərvin Kərimzadə açaraq, tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Aysel Cəfərovanın layihəsinin icrasına həsr edilmiş 17 noyabr-Milli azadlıq hərakatı haqqında təlimin müasir dövr üçün aktuallığından və əhəmiyyətindən danışıb, gənclərdə bu sahəyə maraq və diqqətin artırılmasının vacibliyini xüsusi olaraq diqqətə çatdırıb.
Layihə rəhbəri Aysel Cəfərova “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin ortaya qoyduğu problemlər və onların həllindən danışmışdır.Aysel Cəfərova daha sonra isə layihənin məqsədini bildirmişdir.Daha sonra isə təlimçi Etibar Musayev tarixi mövzuda iştirakçılara təlim keçmişdir.
Gülsüm Fətəliyeva fikirlərini bildirib və tələbələrə xalqımızın, xüsusi ilə ərazisinin 20%-dən çoxunun işğal altında olan Odlar Yurdu Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın tarixini dərindən öyrənməyi tövsiyə edib.
Əlilliyi olan tələbələr üçün Mərkəzin direktoru Farizə İsmayılzadə, tarix-coğrafiya fakültəsinin tyutoru, təlimçi Etibar Musayev, Respublika Əlil Təşkilatları İttifaqının Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova çıxış edərək, Aysel Cəfərovaya təhsilində, rəhbəri olduğu layihənin həyata keçirilməsində uğurlar diləyiblər

 

 

 

Vətənim Media Shorts

YouTube-da aç ↗