Futbolçularına ən çox maaş verən klub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Dünyada futbolçularına ən yüksək maaş verən klubların adları açıqlanıb.
“Daily Mail” nəşrinin araşdırmasına əsasən, siyahıda ilk pilləni “Mançester Yunayted” tutur. Bu komandanın bir futbolçusunun illik maaşı orta hesabla 5,77 milyon funt-sterlinq (həftəlik 110 min funt) təşkil edir.
“Barselona” ikinci (5,65 milyon), “Mançester Siti” üçüncü (5, 42 milyon) yeri tutur.
İlk onluğa həmçinin bu klublar da düşüb: “Real” (5,05 milyon), “Çelsi” (4,51 milyon), PSJ (4,47 milyon), “Bavariya” (4, 16 milyon), “Yuventus” (3, 97 milyon), “Arsenal” (3,7 milyon) və “Liverpul” (3,1 milyon).

Vətənim Media Shorts

YouTube-da aç ↗