Yeni Zelandiyanın baş naziri vəzifəsinə sabiq baş nazirin müavini, parlamentin üzvü Bill İnqliş təyin edilib.
Bu barədə RNZ radiostansiyası məlumat yayıb.
“Bill İnqliş rəsmi olaraq baş nazir seçilib”, – radiostansiyanın rəsmi Tvitter mikrobloqunda deyilir.
İnqliş Milli partiyanın məclisinin gedişatında seçilib.
Keçən həftə Yeni Zellandiyanın baş naziri Con Ki şəxsi səbəblərə görə istefa verib.
