Bakının bu hissəsində qaz kəsiləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Bu gün saat  18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Vətənim Media Shorts

YouTube-da aç ↗