“Kapital Bank”ın bankomatdan 40 min manat oğurladılar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

Xətai Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Zığ şossesində qeydə alınıb.

Naməlum şəxslər “Kapital Bank”a məxsus bankomatın arxasını kəsərək 40 min manat aparıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗