Azərbaycanlı müəlliflərin romanı Qazaxıstanda təqdim olunub – FOTO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Şəmil Sadiq və Müşfiq XANın birlikdə qələmə aldıqları “Ümidlərin izi ilə” romanı Qazaxıstanda çap olunub. Əsas süjeti Qarabağ və Xocalı soyqırımı olan tarixi detektiv janrda yazılan kitab Azərbaycanda 4 dəfə nəşrinin ardından yanvarın 23-də Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetində rus dilində oxuculara təqdimat olunub.

Təqdimat mərasimində iştirak edən yazarlar kitab haqqında tədbir iştirakçılarına məlumat vermiş və daha sonra kitabın imza mərasimi keçirilmişdir.

Vətənim Media Shorts

YouTube-da aç ↗