Banklara 50 və 100 manatlıq|| əsginasların verilməsi üzrə tariflər artırıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

manat_200813Azərbaycan Mərkəzi Bankı banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib.

Məlumata görə, müvafiq qərarın olduğu məktub bütün banklara göndərilib.

Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.

Vətənim Media Shorts

YouTube-da aç ↗