Minik avtomobili yük maşını ilə toqquşdu: ölənlər var

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Rusiyanın Perm vilayətində minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb.

Qəza dünən axşam baş verib.

Magistral yolda “Nissan” markalı minik avtomobili ilə “Scania” markalı yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü və iki sərnişini hadisə yerində ölüblər. “Nissan”ın daha bir sərnişini – 1974-cü il təvəllüdlü qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən minik avtomobili qarşı yola çıxaraq yük avtomobili ilə toqquşub.

Araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗