Çilinin tarixində ən böyük sayılan meşə yanğınlarında 11 nəfər həlak olub.
Bu barədə ölkənin prezidenti Mişel Baçelet xəbər verib.
Onun sözlərinə görə, yanğınlar 500 min hektar meşə sahəsini və ölkənin 7 regionunun kənd təsərrüfatı sahəsini məhv edib.
“Biz ölkə tarixində buna bənzər heç nə görməmişdik”, – deyə prezident bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl yanğınların baş verdiyi ərazilərdə fövqəladə vəziyyət elan edilmişdi. Hüquq-mühafizə orqanları meşə yanğınlarında şübhəli bilinən 30 nəfəri həbs edib.
