ABŞ prezidenti Donald Tramp və Almaniyanın kansleri Angela Merkel telefon danışığında Yaxın Şərqdə və Şimali Afrikada sabitləşməsi, terrorizmə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Bu barədə Ağ evin mətbuat xidməti xəbər verir.
Məlumatda deyilir: “Liderlər artıq zorakı ekstremizmə və terrorizmə qarşı mübarizədə fəal əməkdaşlığı gücləndirmək zərurəti barədə və Yaxın Şərqdə, Şimali Afrikada münaqişə zonalarında sabitlik üçün işləməyə razılığa gəliblər”.
