Rusiya Federasiya Şurası “Türk axını”nı təsdiqləyib.
Federasiya Şurasının bugünkü iclasında “Türk axını” təbii qaz boru xəttinə dair razılaşmanın təsdiqini nəzərdə tutan qanun qəbul edilib.

Hökumətlərarası sazişin 2016-cı ilin oktyabrında İstanbulda imzalanan “Türk axını” layihəsi çərçivəsində, biri Türkiyə bazarı, digəri isə Avropa bazarının ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan 2 boru xəttinin inşa edilməsi planlaşdırılır.
Xətlərdən hər birinin tutumunun illik 15.75 milyard kubmetr olacağı açıqlanıb.
Layihənin hər iki xəttinin 2019-cu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
