İŞİD-in əl-Bab “vali”si öldürülüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İŞİD terror təşkilatının Suriyadakı ikinci əsas mərkəzi sayılan əl-Bab şəhərində “vali” təyin etdiyi Ebu Halid Ürdüni öldürülüb.

Ebu Halid Ürdüni Türkiyə Hərbi Hava Qüvvələrinin fevralın 3-də əl-Bab şəhərində İŞİD terrorçularının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Ümumilikdə terrorçuların mövqelərinə endirilən zərbə nəticəsində 33 terrorçu məhv edilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗