Bakıda VULKAN püskürdü – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Bu gün saat 12:20 radələrində Səngəçal qəsəbəsi yaxınlığında yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Turkustan.info bizimyol-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Üzeyir Mikayılov məlumat verib.

Otman Bozdağ Bakıdan 35 km cənub-şərqdə yerləşir. Nisbi hündürlüyü 404 metr olan Otman Bozdağ Azərbaycanın ən hündür palçıq vulkanlarından sayılır.

Kraterin diametri isə 350 metrə çatır. Axrıncı dəfə 1 oktyabr 1965-ci ildə püskürən vulkan, bu gün saat 12:20 radələrində yenidən oyanıb. Püskürmə 20 dəqiqə davam edib.

Alovun hündürlüyü 250-300 metrə çatıb. Püskürmə nəticəsində böyük bulud əmələ gəlib.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗