Parisdə metroda partlayış baş verib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.

Turkustan.info APA-ya istinadən verdiyi xəbərə görə, insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.

Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.

Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir.  oxu.az

Vətənim Media Shorts

YouTube-da aç ↗