Sarkisyan Parisə çağırıldı – Qarabağa görə

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.

Bu barədə Fransa prezidenti Fransua Olland bildirib.

Olland qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci il dönümüdür. Fransa prezidenti bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib.

Səfər çərçivəsində onlar ikitərəfli əlaqələri müzakirə edəcəklər. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: “Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir”.

Vətənim Media Shorts

YouTube-da aç ↗