İspaniya Latviyaya 350 hərbçi və tanklar göndərəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İspaniya Latviyaya 350 hərbçi, 6 ədəd “Leopard 2E” yeni tank və 10 ədəd “Pizarro” zirehli transportyor göndərəcək.

Bu hərbi kontingent Latviyada mayın ortalarında Kanadanın rəhbərliyi ilə keçiriləcək NATO təlimlərində təmsil olunacaq.

Qeyd edək ki, NATO-nun 2016-cı ildə Varşavada keçirilmiş sammitində Latviya, Litva, Estoniya və Polşada, bu ölkələrin xahişi əsasında rotasiya əsasında çoxmillətli batalyonların yerləşdirilməsinə dair qərar qəbul olunub.

Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

Vətənim Media Shorts

YouTube-da aç ↗