“İvedik” onu bəyənməyən həmkarına sərt cavab verdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Şahan Gökbahar “Recep İvedik” filmlərini tənqid edən həmkarı Zəfər Algözə cavab verib.

Aktyor yeni filminin qala-gecəsində jurnalistlərə açıqlama verib.

Film barədə danışan Şahan belə deyib:

“Filmin treyleri 30 milyon dəfə izlənilib. Ümid edirəm, bu nəticə kinoteatrda da özünü göstərər”.

 Həmkarının “Türkiyədə “Recep İvedik” kimi bir obrazın olduğuna inanmıram, istəyir 17 milyon dəfə izlənilsin, yenə də o filmə çəkilmərəm” sözlərinə aktyor sərt belə cavab verib:

“Sevənimiz çox olduğu kimi, tənqid edənimiz də çoxdur. Heç önəm vermirəm. Bəziləri kənardan-bucaqdan səhnəyə çıxmağa çalışırlar. Tənqidlərə qulaq asmıram”.

Vətənim Media Shorts

YouTube-da aç ↗