Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı Ukraynada- TƏQDİMAT OLACAQ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının Ukraynada təqdimat mərasimi keçiriləcək.

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Modern.az-a açıqlamasında  bu haqda danışıb.

O deyib ki, “Böyüməyən uşaqlar kitabı  Ukrayna dilinə tərcümə olunaraq, 1000 tirajla  çap edilib.

“Fevralın 21-də “Böyüməyən Uşaqlar” kitabının təqdimatı  Xarkov şəhərində baş tutacaq. Daha sonra isə ayın 23-də kitabın təqdimetmə mərasimi Kiyevdə təşkil olunacaq. Kitabın təqdimat mərasimində  iştirak etmək üçün Azərbaycanın Ukraynadakı səfirliyi, diaspor nümayəndələri və digər rəsmi şəxslər də qatılacaq”

Qeyd edək ki, bundan öncə “Böyüməyən uşaqlar” kitabı 1000 tirajla Azərbaycanda çap olunub. Ardınca, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ingilis və türk dillərində hər biri 2500 olmaqla Türkiyədə çap edilib. Eyni zamanda  2000 tirajla isə alman dilində Almaniyada çap olunub.

Rus, fransız və erməni dillərində də çap olunması gözlənilir.

“Böyüməyən uşaqlar” kitabının müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Kitab Xocalı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.

Vətənim Media Shorts

YouTube-da aç ↗