Ukrayna 8 Martdan imtina edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ukraynada 8 Mart – Beynəlxalq Qadınlar Gününün qeyd olunmaması təklif edilir.

Sovet təsirini tam aradan qaldırmaq istəyən Ukraynanın Beynəlxalq Xatirə İnstitutunun hazırladığı qanun layihəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram statusunu itirib.

İnstitutun direktoru Vladimr Vyatroviç bildirib ki, 9 May – Qələbə Gününu heç kim ləğv edə bilməz:

 “Lakin bu tarixi günün əvəzinə 8 May – Xatirə və Barışıq Günü qeyd olunacaq. 8 mart Qadınlar Günü kimi qeyd edilsə də, adi iş günü olacaq”.

Vətənim Media Shorts

YouTube-da aç ↗