Aİ Dağlıq Qarabağda planlaşdırılan “referendum”u tanımır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır.

Turkustan.info-nun məlumatına görə, bu barədə APA-ya Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan “referendum”la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyanat verib:

“Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗