Salyan rayonunda üç yaşlı qız yanıb. Hadisə şəhərin Əlövsət Quliyev küçəsi, bina 2, mənzil 1 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb. Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.
