İran yenə COŞDU: “Təl-Əvivi yerlə-yeksan edəcəyik”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edərik”.

FARS agentliyi xəbər verir ki, bunu İnqilab Mühafizəçilərinin keçmiş komandiri Möhsün Rızai deyib.

O, bu gün İranın amerikalılar, ərəblər və türklərin edə bilmədikləri işləri bacardığını vurğulayıb.

“İran bu gün nöqtə vuruşu edən raketləri bazardakı qiymətdən səkkiz dəfə daha ucuz istehsal edir. İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edəcəyik. Hərçənd İran müharibə və macəra arxasında deyil”, – Möhsün Rızai vurğulayıb. (publika.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗