İran XİN: “Dağlıq Qarabağdakı “referendum” qəbulolunmazdır”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “referendum” qəbulolunmazdır.

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

Onun sözlərinə görə, qeyri-legitim rejimin keçirdiyi “referendum” Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək.

O əlavə edib ki, münaqişə yalnız dialoq yolu ilə həll oluna bilər.

Vətənim Media Shorts

YouTube-da aç ↗