Türkiyənin Anadolu Agentliyi Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamını qardaş ölkəyə çatdırıb.
Turkustan.info xəbər verir ki, “”Aliyev, eşi Mihriban Aliyeva’yı cumhurbaşkanı yardımcısı olarak atadı” başlıqlı yazıda bu sətirlər yer alıb:
Azərbaycanda 26 sentyabr 2016-cı il tarixdə keçirilən referendumla Konstitusiyaya bəzi dəyişikliklər edildi. Seçicilərin yüzdə 86,6 faizinin “hə” dediyi referendumla “Birinci vitse-prezident” və “vitse-prezidentlər” vəzifələrinin yaradılmasına qərar verildi. Yeni qaydaya görə bu vəzifələrə təyin edilmələr və vəzifədən azad edilmələr prezident tərəfindən həyata keçiriləcək. Prezidentin olmadığı hallarda bütün səlahiyyətləri, toxunulmazlıq hüquqlarına sahib birinci-vetse-prezidetnə keçəcək.
Turkustan.info
