“Hizbullah”, İran və Suriya… – Dəhşətli müharibənin SİQNALI VERİLDİ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə üçün Suriyaya xüsusi təyinatlı birliklərini göndərməyə hazırdır.

Bu haqda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı və Körfəz ölkələri İŞİD-lə mübarizədə ABŞ-ın yanında yer almağa hazır olduğunu bəyan ediblər. Bundan başqa, islam koalisiyasından bəzi ölkələr də terrorizm və radikalizm ilə mübarizə üçün Suriyaya hərbi birliklərini göndərməyə hazırdır”, – deyə nazir bildirb.

O, planın detallarının və tətbiqinin ABŞ-la müzakirə olunduğunu vurğulayıb. Planın yaxın vaxtlarda hazır olacağını dilə gətirən Adil Əl-Cubeyr qeyd edib ki, əsas məqsəd İŞİD-dən təmizlənən ərazilərin “Hizbullah”, İran, yaxud da Suriya rejiminin nəzarətinə keçməsinin qarşısını almaqdır.

“İŞİD-dən təmizləniləcək bölgələrin müxalifət güclərinin nəzarətinə verilməsini istəyirik”, – səudiyyəli nazir söyləyib. (publika.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗