Hərbi qulluqçumuz şəhid olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Vətənim Media Shorts

YouTube-da aç ↗