“Lester” baş məşqçi Klaudio Ranyerini istefaya yollayıb.
Bu barədə klubdan açıqlama verilib.
Bildirilib ki, italiyalı çalışdırıcı ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Səbəb kimi isə komandanın cari mövsüm uğursuz çıxış etməsi göstərilib.
Qeyd edək ki, 2015-ci ildən “tülkülər”ə başçılıq edən Ranyeri ötən mövsüm kluba 133 illik tarixi ərzində ilk dəfə Premyer Liqa çempionluğunu qazandırmışdı.
