Sarkisyan baş nazir və müdafiə nazirini işdən çıxarır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyanı işdən çıxarmaq istəyir.

Məlumata əsasən, Sarkisyan hazırki müdafiə nazirini ölkə parlamentinə spiker təyin etmək istəyir. Onun yerinə isə İrəvanın polis rəisi Vladimir Qasparyanın gətiriləcəyi bildirilir.

 Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri zamanı baş nazir Karen Karapetyanın vəzifədə saxlanılıb-saxlanılmaması məsələsini Kremllə müzakirə edəcəyi gözlənilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗