İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin nəzdindəki Qafqazşünaslıq İnstitutunun rəhbəri Tsira Baramidze, İnstitutun nəzdində Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycanın dostları” klubunun rəhbəri Leyla Əmrahova, Gurcustanin Aktiv Azərbaycanlı Qadınlar Asosiasiyasnın sədri Gültəkin Mustafayevanın təşəbbüsü, təşkilatçılığı və şəxsi vəsaitləri hesabına 24 fevral 2017 – ci il tarixdə Tiflis Dövlət Universitetində “Münaqişələrin həlli, perspektivləri” mövzusunda elmi konfrans keçirildi.
Konfrans öncəsi bir qrup Konfrans iştirakçısı Gürcüstan Qəhrəmanları Momerial Kompleksi önünə gül çələngi qoydular.

Konfransın işində Azərbaycan Respublikası tərəfindən Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad təmsil edirdilər.

Konfransın keçirilməsindən məqsəd Cənubi Qafqazda suni şəkildə yaradılan münaqişə ocarlarının yaradılması səbəbləri və bu problemdən çıxış yolları Gürcüstan və Azərbaycan ziyalıları tərəfindən müzakirə olunaraq bir çox təkliflər dinlənildi.

![]()
Konfransı Tiflis Dövlət Universitetinin prorektoru Mixail Tsxenkeli açaraq mövzunun aktuallığı barədə fikirlərini bildirdi. Natiq qeyd etdi ki Cənubi Qafqazdakı münaqişə ocaqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilməlidir. Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze, Qafqazşünaslıq İnstitutunun rəhbəri Tsira Baramidze çıxış edərək məsələ barəsində özlərinin rəy və təkliflərini bildirdilər. Daha sonra söz AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılova verildi. F. İsmayılov “Cənubi Qafqazda hərbi münaqişələrin yaranmasının səbəbləri və problemdən çıxış yolları”. Barədə çıxış edərək belə dedi: –

Yaxın Şərq və İraqdan sonra Qafqaz dünyanın ən mürəkkəb, ən gərgin regionlarındandır. Postsovet məkanında baş vermiş səkkiz münaqişədən üçü Gürcüstanda və Azərbaycanda baş verib, konfliktlər nəticəsində yüzlərlə insan həlak olub, milyondan çox insan öz torpaqlarından didərgin düşüb. Cənubi Qafqazdakı mövcud münaqişələr, etnosiyasi konfliktlər (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya) bir daha sübut edir ki, Qafqazda regional təhlükəsizliyin təmin olunması nə qədər çətindir.
Cənubi Qafqazın gələcək geosiyasi durumu barədə müxtəlif dövlətlərin maraqlarını özündə əks etdirən fikirlərə nəzər salaq, Burada:
- ABŞ Qafqazı vahid qərbyönümlü federasiya və ya konfederasiya kimi görmək istəyir.
- Rusiya Qafqazı özünün ənənəvi təsir dairəsi kimi qəbul etdiyindən digər ölkələrin regional işlərə müdaxiləsinə qarşı çıxır.
- Avropa İttifaqı Cənubi Qafqaza Xəzər dənizinin enerji resursları üçün tranzit region kimi baxır. Avropa Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsində araqlıdır.
- Regionda güclənən İran isə Cənubi Qafqazda gedən proseslərdə qeyri-regional güclərin iştirakını istisna edir, yəni Cənubi Qafqaz vahid geostrateji regionunda yalnız üç müstəqil ölkə-Türkiyə, Rusiya və İranın təmsil olunmasını məqsədəuyğun hesab edir. Lakin region ölkələrinə münasibətdə Ermənistana daha çox üstünlük verir.
Dünyanın super gücü olan ABŞ və regionun güclü dövlətlərindən biri olan İranın Cənubi Qafqazda toqquşan maraqlarının nəzərdən keçirilməsi olduqca vacibdir. Bütün bunlara baxmayaraq Rusiya bu regionu heç bir dövlətə güzəştə getmək fikirində deyil. Məhz buna görə regionda yeni münaqişə ocaqları yaradılır.
Cənubi Qafqazda münaqişə ərazilərinin yaradılması Rusiyanın imperiya siyasətinə xidmət edir. Bundan məqsəd Cənubi Qafqaz ölkələrini xüsusi ilə Azərbaycanı və Gürcüstanı Rusiyadan asılı vəziyyətə salmaqla, regiona nəzarəti ələ almaqdan ibarətdir. Bu istiqamətdə Ermənistan Rusiyanın vassalı kimi, qonşu Azərbaycan, Gürcüstana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi Cənubi Qafqazda Rusiyanın imerialist siyasətinin çiçəklənməsinə xidmət edir. Ermənistan, Cənubi Qafqazda rusiyanın maraqlarına xidmət edən yeganə dövlətdir.
1918-ci ildə Rusiyanın təziqi ilə Azərbaycan torpaqlarında yaradılan Ermənistan Demokratik Respublikası bir neçə il ərzində öz ərazisini 9 min kvkm-dən 29,743 kvkm-ə qədər artırmışdır. Beləki, Azərbaycanın qərb hissəsindəki Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə vilayətlərinin davamı kimi Zəngəzur qəzasıda Azərbaycandan zorla alınaraq Ermənistanın ərazisinə qatıldı.
Azərbaycanın Zəngəzur qəzasının Ermənistana verilməsindən sonra Dağlıq Qarabağın da Ermənistanın nəzarətinə verilməsi hələ XX əsrin əvvəllərindən Rusiyanın gizli planlarına daxil idi.
1918 – 1920-ci illərdə AXC Hökumətinin müqaviməti və Rusiyada baş verən bolşevik inqilabının törətdiyi iqtisadi böhran, bu prosesi düz 70 il ləngitdi. SSRİ adlı Sovet İmperiyasının diz çökməsinin yaratdığı xaos rusların arxivlərdə tozbasmış bu planının gerçəkləşdirməsini reallaşdırırdı.
Lakin, 90-cı illərdə SSRİ İmpryasının dağılması nəticəsində, Azərbaycan çətin psixoloji durumdaykən Qarabağın Ermənistana birləşdirilməsi haqqında ermənilərlə rusların gizli sövdələşmələri baş tutmuşdu. Ruslar Azərbaycan ərazilərinin hissə – hissə Ermənistanın nəzarətinə verilməsinin təraftarı idi.

Qarabağdakı Erməni və rus hərbçilərini silahlandırmaq üçün, İrəvan – Xocalı marşurutu ilə yük təyyarələrinin hərəkətinə zərurət yaranmışdı. Xocalı hava limanı isə azərbaycanlı hərbçilərin nəzarətində idi və bu liman ciddi şəkildə mühafizə olunurdu. Vəziyyətin çətinliyini tam dəqiqliyinə kimi qiymətləndirən rus kəşfiyyatı və Ermənistan Rəhbərliyi ilk olaraq Xocalı şəhərini işğal etməyi hədəf götürmüşdülər.
Xocalı şəhərinin işğalında iştirak etmiş rus zabiti Vladimir Voronovun İrəvan şəhərində çap olunan “Şuşi” jurnalına 08.02.2006-cı ildə verdiyi müsahibədə bidirir ki, “Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırılırdı”.
V.Voronovun məlumatından belə məlum olur ki, rus kəşfiyyat xidməti orqanları Xocalının işğalının planlaşdırılması və hücuma hazırlığın aparılması üçün Vladimir Voronovu hələ 1989-cu ildə xüsusi tapşırıqla İrəvana ezam edib.
Vladimir Voronov böyük titullu və etibarlı bacarıqlı rus zabiti olub. O, SSRİ-nın quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda böyük döyüş yolu keçmişdi. Eyni zamanda Ərəb ölkələrində hərbi təcrübə qazanan və Rusiyanın Afrika ölkələrindəki xilasedici taborlarında xilasedici kimi fəaliyyət göstərmişdi.
Xocalı üzərinə yeni hücum əməliyyatı general Arkadi Ter-Tadevosyan, yazıçı Zori Balayan, Daşnakstyun terror təşkilatının Qarabağ nümayəndiliyinin rəhbəri Robert Koçaryan (keçmiş prezident), Ermənistan Hərbi Nazirliyinin Qarabağ üzrə koordinotoru Serj Sarkisyan (indiki prezident) tərəfindən hazırlanmışdı.
Hücum, 1992-ci il fevralın 25-dən 26-na keçən artileriya atəşləri ilə başladı. O müdhiş gecədə 613 nəfər Xocalı sakini şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün oldu. 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu.
Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Cinayət nəticəsində 27 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.
Xocalıda hücumda iştirak edən Rusiyadakı hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev özünün Rus hökumətinə yazdığı “Məxfi arayışında” erməni silahlı dəstələri ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatlara şərh verərək yazırdı: – “Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.
Cənubi Qafqazdakı münaqişələrin həlli Azərbaycan və Gürcüstanın hərbi qüdrətinin artırılmasından keçir. Bu problemlərin həllinə daxildir:
- Cənubi Qafqaz ölkələrinin ziyalıları bir arada birləşdirən, regional təhlükəsizlik mərkəzinin yaradılması;
- Bu mərkəzin fəaliyyətinə konfliktlərin yaradılması barədə maddi sübutların toplanaraq Beynəlxalq təşkilatlara təqdim edilməsi və yeni yaradılacaq münaqişə ocaqlarına qarşı birgə fəaliyyətin təşkili;
- Azərbaycan və Gürcüstan arasında hərbi, iqtisadi, siyasi, mədəni, dini, ictimai əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi;
- Cəmiyyətin bütün təbəqələri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi;
- Qonşu ölkələrlə sülh münasibətlərin saxlanması istiqamətində təşəbbüslərin göstərilməsi.
- Region dövlətlərinin ərazi bütövlüklərinin dəstəklənməsi istiqamətində fəallığın artırılması.
Bundan sonra professor Liya Axaladze çıxış edərək işğal altında qalan mədəni irs nümunələrinin mühafizəsinin vacibliyi barədə öz fikir və mülahizələrini bildirdi.
Səfir D. Həsənov çıxışında Gürcüstanda Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya Ədalət! kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini və artıq Xocalı soyqırımını bütün dünyanın bilməsinin vacibliyini vurğuladı. Milli Məclisin üzvü, Xocalı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elman Məmmədov Azərbaycan və Gürcüstanın XX əsrin sonunda və XXI əsrin əvvəllərində beynəlxalq güclərin, bir sıra ölkələrin təzyiqi, təhriki ilə separatizmin və ədalətsizliyin qurbanı olduğunu bildirdi. Professor Sardion Zedelaşvili Qarabağ münaqişəsinin həllinin sülh və qarşılıqlı anlaşma şəraitində mümkün olduğunu vurğuladı: “Rusiyaya Azərbaycanda sabitlik əl vermir. Xocalı soyqırımı Rusiyanın törətdiyi soyqırımıdır. BMT və Avropa İttifaqı bu bölgədə heç bir iş görə bilməyəcək. Hələlik danışıqların perspektivi görünmür”.

Gürcüstanın Tiflis şəhərində Fevralın 25-də “Xocalıya ədalət” adlı təşkil edilən aksiyanın əsas məqsədlərindəb biri Gürcü xalqını Xocalı faciəsi barədə məlumatlandırmaq idi. Azərbaycan QHT-lərinin də dəstək verdiyi bu aksiya çox uğurlu alındı. Aksiyadan sonra gücülərin özlərinin sosial şəbəkələrdə bu aksiyanı paylaşmaları dediyimizin əyani sübutudur…. Aksiyada Azərbaycandan gələn QHT-nın mövqeləri belə izah olunurdu: “Ходжалинская трагедия является одним из чудовищных преступлений XX века”



Обеспечение региональной безопасности на территории Южного Кавказа в настоящее время является первостепенной задачей развития государств региона. В условиях глобализации, где не существует “закрытых границ”, а региональные конфликты способны рефреном отозваться в различных частях мира, закавказские республики приобретают все больший потенциал для вооруженного соперничества. Распространение вызовов и угроз региональной безопасности приобретает долгосрочный характер.
Данные проблемы возникли по причинам, связанным с определенными сложностями в разграничении государственных территорий. Современный Южный Кавказ с географической точки зрения включает в себя зоны политической нестабильности, латентных и локальных конфликтов: в Южной Осетии, Абхазии и Нагорном Карабаха которое сопровождалось Ходжалинским геноцидом.
Ходжалинская трагедия является одним из чудовищных преступлений XX века, которое было совершено в отношении азербайджанского народа армянами – авторами шовинистской политики по созданию «Великой Армении» и моноэтнического государства.
Ночью 26 февраля 1992 года, которая была вписана в историю Азербайджана кровавыми буквами, армянские вооруженные силы при помощи техники и военных располагавшегося в городе Ханкенди еще в период СССР 366-го мотострелкового полка, сровняли с землей древний город Ходжалы.
В тот день в течение короткого времени армянские вооруженные группы жестоко, со зверскими пытками уничтожили 613 мирных жителей, а 421 нанесли тяжелые увечья.
Мирные жители, которым удалось вырваться из окружения, с особой жестокостью были убиты в лесах устроившими засаду армянскими военными. Озверевшие палачи снимали с людей скальпы, отрезали им различные части тела, выкалывали глаза младенцам, распарывали животы беременным женщинам, живьем закапывали людей в землю или же сжигали их, а часть трупов была ими заминирована.
В этот период 1275 человек пропали без вести и были взяты в плен, город с 10-тысячным населением был разгромлен, строения были разрушены и сожжены. Судьба 150 человек, в том числе 68 женщин и 26 детей, неизвестна до сих пор. В результате трагедии более тысячи человек из числа мирного населения стали инвалидами, получив пулевые ранения различной степени тяжести. В числе убитых было 106 женщин, 63 малолетних ребенка, 70 стариков. 487 человек стали калеками, среди них 76 подростков.
На фоне нагорно-карабахского конфликта выбор армянами Ходжалы как одной из целей не случаен. Если основной целью армян, взявших на прицел Ходжалы, с одной стороны, было устранение препятствия в нагорной части Карабаха – населенного азербайджанцами города стратегического значения, то с другой стороны она заключалась в том, чтобы вообще стереть Ходжалы с лица земли. Была еще одна причина, привлекавшая внимание армян к Ходжалы: именно здесь располагался единственный в Карабахе аэропорт.
Ежегодно 26 февраля Президент Азербайджанской Республики Ильхам Алиев обращается к народу в связи с Ходжалинским геноцидом. В своем обращении в связи с 20-й годовщиной геноцида Президент еще раз с уверенностью заявил, что наше государство и впредь будет продолжать свою деятельность для того, чтобы добиться объективной оценки Ходжалинского геноцида и оккупации Арменией азербайджанских земель, восстановления исторической и правовой справедливости, всеми политическими и юридическими средствами будет вести непримиримую борьбу с подобными явлениями.
Наряду с напряженной деятельностью главы государства по доведению до мира правды о Ходжалы, необходимо также отметить и труд Фонда Гейдара Алиева, особенно президента Фонда Мехрибан ханум Алиевой. Фонд Гейдара Алиева реализует специальные проекты для доведения до мира правды о Ходжалинском геноциде. В рамках таких проектов в связи с расправой, учиненной в Ходжалы вооруженными силами Армении, был проведен цикл мероприятий в России, Турции, Франции, Венгрии, Румынии, Бельгии, Австрии, Германии, Чехии, Швейцарии и Грузии, организована памятная церемония в здании Европейского парламента.
В решении, принятом Сенатом Мексики 2 февраля 2012 года, трагедия, произошедшая в городе Ходжалы Нагорного Карабаха, названа геноцидом. В тот же год Комитет по внешним связям Сената Пакистана принял резолюцию, осуждающую геноцид, учиненный в городе Ходжалы против гражданского населения. А 24 апреля парламент Колумбии 102 депутатскими голосами официально признал Ходжалинский геноцид.
19 февраля 2013 года парламент Чехии, а 26 февраля – парламент Боснии и Герцеговины официально признали Ходжалинский геноцид. 14 июня того же года вопрос о событиях в Ходжалы был вынесен на обсуждение депутатами в парламенте Перу и принято решение о признании бойни как геноцида.
17 января 2014 года Национальный конгресс Гондураса принял решение, признающее оккупацию азербайджанских территорий и Ходжалинский геноцид. А 1 сентября в документе, принятом комитетом внешних связей Национальной ассамблеи Республики Судан, расправа, учиненная в феврале 1992 года в городе Ходжалы армянскими вооруженными силами над гражданским населением Азербайджана, была признана как акт геноцида и преступление против человечности.
Последовательные меры в области признания Ходжалинской трагедии как геноцида принимаются и в США, этой трагедии дается оценка в международной правовой плоскости. Так, 25 февраля 2010 года палата представителей штата Массачусетс, в 2011 году – штаты Техас и Нью-Джерси, 28 февраля 2012 года – штат Джорджия, 23 марта – штат Мэн официально признали Ходжалинский геноцид. В 2013 году в число штатов, признавших Ходжалинский геноцид, вошли Нью-Мексико (28 января), Арканзас (8 февраля), Миссисипи (25 февраля), Оклахома (4 марта), Теннесси (18 марта), Пенсильвания (18 марта), Западная Вирджиния (3 апреля), Коннектикут (3 апреля), Флорида (21 августа), а в 2014 году – штат Индиана (4 марта).
В рамках просветительских мер, связанных с агрессивной политикой Армении и ее последствиями, активная работа в области признания Ходжалинского геноцида в международной плоскости проводилась и в 2015 году, в отдельных странах были проведены многочисленные мероприятия. Как результат, резолюция, принятая в октябре минувшего года Конгрессом Гватемалы, осудила акт геноцида, совершенного 26 февраля 1992 года в городе Ходжалы против мирного населения.
25 февраля минувшего года Сенат американского штата Аризона принял резолюцию о признании Ходжалинского геноцида. В резолюции подчеркивается, что армянские вооруженные силы, оккупировав в ночь с 25 на 26 февраля 1992 года азербайджанский город Ходжалы, совершили убийство более 600 гражданских лиц, около тысячи человек были ранены, а свыше 1200 – взяты в заложники. В документе, принятом Сенатом штата Аризона, отмечается, что 26 февраля 2015 года признается как 23-я годовщина Ходжалинской трагедии, отдается дань памяти жертв трагедии.
Доведение правды о Ходжалы до мировой общественности – долг каждого азербайджанца. Ходжалинская трагедия – память крови азербайджанского народа, которая никогда не будет забыта, и из которой должны быть извлечены уроки. Заслуживающие одобрения результаты, достигнутые в связи с признанием Ходжалинского геноцида, позволяют сказать, что те, кто совершил эту трагедию, рано или поздно предстанут перед правосудием, им придется ответить за свои чудовищные преступления. Именно этого требуют международное право и здравый смысл.
Aksiya iştirakçıları Rustaveli metro stansiyasının önündən Gürcüstan parlamentinin binasının qarşısına qədər yürüş ediblər. Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun” və s. şüarlar səsləndiriblər. Yol boyu şəhər ictimaiyyətinin nümayəndələrinə Xocalı soyqırımından bəhs edən bukletlər paylandı.
Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Azərbaycandan gəlmiş “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin, “Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi” İctimai Birliyinin, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin üzvləri də iştirak etdilər.
Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə və Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim edildi.
Mətanət Əsgərqızı
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri
