Xocalı soyqırımının tanınması üçün petisiya açıldı – SİZ DƏ QOŞULUN

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

1992-ci ildə törədilmiş XX əsrin ən dəhşətli cinayəti – Xocalı hadisələrinin soyqırımı kimi tanınması üçün petisiya açılıb.
Dünya azərbaycanlılarına ünvanlanan müraciətdə petisiyaya səsə verməyə çağırılıb.

Petisiyaya qoşulmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

PETITION POUR FAIRE RECONNAITRE LE MASSACRE DE KHOJALY

İki gün öncə – fevralın 26-da Xocalı soyqrımının 25-ci ildönümü oldu. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. (modern.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗