Əhaliyə genişmiqyaslı müharibə vaxtı hücumdan gizlənməyin yolları öyrədilir
Ermənistanda müharibə vaxtı bombardmandan qorunmaq üçün xüsusi taktiki təlimlər keçirilməyə başlanıb.
İstiPress-in news.am-a istinadən verdiyi məlumata görə, bu gün paytaxt İrəvanda döyüşə hazırlıq məqsədilə sakinlər üçün 73 xüsusi təlim keçirilib.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü keçirilən təlimlərin əsas məqsədi müharibədə düşmənin hərbi təyyarələrinin İrəvanı bombardman etməsi vaxtı hansı addımları atmağı, sığınacaqlarda necə və harada gizlənməyin yollarını əhaliyə öyrətməkdir.
Bununla barəbər, Ermənistanda orta məktəblərdə eyni məqsədlə təlimlər keçirilir.
