Şimali və Cənubi Koreya arasında gərginlik səngimək bilmir.
Turkustan.info “İRNA” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Cənubi Koreya ilə birlikdə hərəkət edəcəyini açıqlaması Şimali Koreyanı qəzəbləndirib. Bundan sonra ABŞ hərbi hava qüvvələri “F 25” qırıcılarını Koreya yarımadasına yola salıb. ABŞ-la yanaşı, Cənubi Koreya da hərbi təlimlərə başlayıb.
Şimali Koreya lideri Kim Çen In isə daima müharibəyə hazır olduqlarını və onlara qarşı ediləcək hücumu dəf edəcək qüdrətdə olduqlarını açıqlayıb. Metbuat.az
