Nakam şair Mikayıl Müşfiqin heykəlinin Bakının mərkəzindən götürülməsi cəmiyyətdə böyük əks-səda, etiraz doğurdu. Etirazın gücü o qədər təsirli oldu ki, hətta ölkə rəhbərliyi məsələyə müdaxilə etdi. Heykəlin sökülməsi işinə rəhbərlik etmiş şəxslər cəzalandırıldı.
Xatırladaq ki, ötən əsrin 30-cü illərində Stalin repressiyasının qurbanlarından biri olaraq Mikayıl Müşfiqin adı hər zaman Azərbaycan istiqlaliyyətinin tərənnümçüsü olan şair və ədiblərlə eyni sırada çəkilir. Bununla belə, dövrün acı reallığı Mikayıl Müşfiqi də zamana uymağa vadar edib.
Təqdim etdiyimiz bu şeirdə Mikayıl Müşfiq yaşadığı sovet rejimini tərənnüm edir.
Qeyd edək ki, sosial şəbəkədə gedən bir müzakirədə bu şeirə görə Mikayıl Müşfiqi tənqid edənlərlə yanaşı, “Onu anlamaq lazımdır”- deyə müdafiə xarakterli fikirlər də səsləndirilib.
Lenin komsomolu, yaşa!
Tanrımız yox, dinimiz yox,
Şeytanımız, cinimiz yox,
Yüksək ruhlu insanlarıq,
Təbiətlə kinimiz yox.
Yaşa əsrin oğlu, yaşa!
Lenin komsomolu, yaşa!
Tarla bizim anamızdır,
Fabrik-zavod atamızdır,
Qurduğumuz sosializm
Bizim şanlı dünyamızdır.
Yaşa əsrin oğlu, yaşa!
Lenin komsomolu, yaşa!
Zəhra/Moderator.az
