E.Məmmədyarov Qarabağ müzakirəsi üçün Moskvaya gedib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Elmar Məmmədyarov rusiyalı həmkarının dəvəti ilə Moskvada rəsmi səfərdədir.

Rusiya mətbuatının yazdığına görə, Rusiya və Azərbaycan XİN rəhbərləri arasında martın 6-da danışıqlar aparılacaq. Görüşlə bağlı Rusiya XİN açqılama ilə çıxış edib:

“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri qismində 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır.

Coğrafi yaxınlıq, xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli böyük önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir”.   Apa

Vətənim Media Shorts

YouTube-da aç ↗