Türk diplomatları İsveçrəyə qaçdılar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türk diplomatik pasportlarının bir neçə sahibi İsveçrədən sığınacaq istəyib.

Bu barədə “Tages-Anzeiger” qəzeti yazıb.

Sığınacağa görə müraciət etmiş diplomatik pasportlu şəxslərin dəqiq sayı bildirilmir. Ölkələrdən heç birinin hakimiyyəti isə hələlik şərh vermək istəmir.

 Xatırladaq ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə hərbi qiyamçılar qrupu çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda yaşanıb. Qarşıdurmada 240-dan çox türk vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb və qiyam yatırılıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗