Fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi, hazırda İrəvanda yaşayan Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
Çox dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hər iki ölkədə həll olunmamış münaqişə nəticəsində iki xalq arasında düşmənçilik münasibətləri üstünlük təşkil edir. Ermənistan və Azərbaycan xalqları gələcək nəsillərin sülh və rifahı naminə, münaqişəni dayandırmalıdır. Mən 25 ildən çox davam edən münaqişənin tez bir zamanda sülh yolu ilə həlli ideyasını dəstəkləyirəm və sülhün bərqərar olunmasına ümid edirəm. Bu səbəbdən, məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə , Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”. (azvision.az)

