«Birləşmiş Dünya Azərbaycanlıları» Təşəbbüs Qrupu yaradıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

«Birləşmiş Dünya Azərbaycanlıları» (BDAT) Dünya Azərbaycanlılarının birləşməsi və demokratikləşməsi, eləcə də dünyada yaşayan Azərbaycanlıların azad və ədalətli cəmiyyətin inkişafı istiqamətində müxtəlif sahələrdə fəaliyyət göstərən, ictimai fəalların birləşdiyi platformadır. (BDAT) Təşəbbüs Qrupunun məqsədi dünyada yaşayan Azərbaycanlıları bir təşkilat altında birləşdirərək mühitə dialoq, barış və sağlam rəqabəti inkişaf etdirmək eləcə də, şəffaf, azad və ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüslərin səfərbər edilməsini həyata keçirmək və onun səmərəli inkişaf yollarını araşdırmaqdır.
(BDAT) Təşəbbüs Qrupu Dünya Azərbaycanlıları arasında həmrəylik, birlik və bərabərlik muhitində birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq bir yumruq altında birləşməyi nəzərdə tutur.
(BDAT) Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının birgə əməkdaşlığı ilə qərarlaşdırılıb. Təşkilatın yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılıqlı hörmət və dostluq səviyyəsində fəaliyyət göstərmək, eyni zamanda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə və sivil dünya təşkilatlarına çatdırmaq üçün məqsədyönlü fəaliyyət göstərməkdir.
Dəyərli dostlar! İnanıram ki, bu çətin və məsuliyyətli yolda sizlərin hər biri mənəvi olaraq (BDAT) Təşəbbüs Qrupunun yanında olacaq və fəaliyyətimizə dəstək olaraq böyük uğurlara imza atmağımıza yardımçı olacaqsınız.
Hörmətlə: «Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı» (BDAT) Təşəbbüs Qrupu»

Vətənim Media Shorts

YouTube-da aç ↗