“Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik” – ERDOĞAN

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik”.

 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini söyləyib.

 

“Görüşlərdə Qara dəniz iqtisadi işbirliyi mövzusu üzərində, xüsusi ilə Azərbaycan-Rusiya-Türkiyə üçlü işbirliyi mexanizmləri üzərində həssaslıqla dayandıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə də fikir mübadiləsi apardıq. Buradakı problemləri aşmaq nöqtəsində təbii ki, Rusiyanın üzərindəki yükün ağırlığını bildiririk”, deyə Erdoğan bildirib.

Vətənim Media Shorts

YouTube-da aç ↗