“Bəlkə bu gün getməyəsiz? Hələ yaraları təzədir, sizi görüb daha da pis olarlar”.
Biz Sumqayıt Dövlət Universitetinə çatanda mühafizəçilərlə tanımadığımız bir şəxs arasında bu dioloq gedirdi. Sonradan bildik ki, həmin adam dünən qəzaya səbəb olan mikroavtobusun sürücüsünün qohumudur və ölən tələbələrin yas yerlərinin dəqiq ünvanını öyrənməyə gəlib. Sən demə, qəzadan sonra həbs olunan sürücünün ailəsi ölən tələbələrin yas mərasimlərinə getmək istəyir.
Müəllimlərindən xoş xatirələr eşitmək olsa da, buna nail ola bilməyib. Həmsöhbət mühafizə xidmətinin rəhbəri Ədalət bəy oldu. O, bildirdi ki, hazırda rektorluq, müəllim heyəti və tələbələr yas mərasimlərindədirlər.
Buna səbəb gətirən mühafizəçi jurnalisti universitetə daxil olmağa da icazə verməyib. Əvəzində qısa da olsa özü bəzi açıqlamalar edib:
Sosial şəbəkələrdə hətta Rozanın atasının qızının ölüm xəbərini eşitdikdən sonra infarkt keçirdiyi deyilirdi. Ancaq universitetdən bildirdilər ki, bu, yanlış informasiyadır.
