Yarışma Kiyevdə keçiriləcək
Azərbaycanın “Eurovision 2017” mahnısı təqdim olunub.
Turkustan.info xəbər verir ki, təmsilçimiz Diana Hacıyeva Azərbaycanı “Skeletons” mahnısı ilə təmsil edəcək. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikov və Sandra Bermandır.
Mahnı klip ilə birlikdə “Eurovision” müsabiqəsinin rəsmi “YouTube” kanalında yayımlanıb.
Qeyd edək ki, “Eurovision 2017” bu il Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
İstiPress
