SON DƏQİQƏ: İran ordusu İsrail sərhədinə yeridildi – SAVAŞ BAŞLAYIR?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyanın Qolan təpələrindəki mövqelərə yerləşiblər.

Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb. Qəzet həmçinin İraqın Hərəkət Hizbullah əl-Nücəba şiə qruplaşmasının da burada olduğunu bildirib. Belə ki, bu döyüşçülər Tehranın dəstəyi ilə Qolan təpələrini İsraildən azad etməyə hazırlaşırlar.

Qeyd edək ki, Qolan təpələri Suriya ərazisidir. Bu torpaqlar 1967-ci ildə Suriya, Misir, Əlcəzair, İordaniya və İraqla aparılan altıgünlük müharibədən sonra İsrail ordusu tərəfindən işğal edilib. 1981-ci ildə Knesset (İsrail parlamenti) Qolan təpələrinin İsrailə aid olması barədə qanun qəbul edib.   Axar.az

Vətənim Media Shorts

YouTube-da aç ↗