Qarabağ separatçıları beynəlxalq gözəllik yarışında təmsil olunacaq – TƏXRİBAT

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İspaniyada keçiriləcək beynəlxalq gözəllik yarışmasında Dağlıq Qarabağdakı separatçı rejim müstəqil dövlət kimi təmsil olunacaq.

“Costa Blanca Fashion Week-International Best Male and Female World-2017” festivalında erməni fotomodel Şuşan Yeritsyan “Dağlıq Qarabağ Respublikası”nı təmsil edəcək. O bu barədə öz Facebook səhifəsində məlumat verib və müvafiq şəkil yerləşdirib.

Xatırladaq ki, “Costa Blanca Fashion Week-International Best Male and Female World-2017” festivalı 5-15 may tarixlərində keçiriləcək. (modern.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗