Ermənistandan Azərbaycana GÖZLƏNİLMƏZ MÜRACİƏT

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ermənistan aprelin 2-i ölkədə keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciət edib.
“aysor.am” saytı xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında MDB İcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski bildirib.

“Ermənistan parlament seçkilərini izləmək üçün müşahidə missiyası göndərilməsi üçün MDB üzvü olan bütün ölkələrə məktub ünvanlanıb. Dəvət bütün üzv ölkələrə göndərilsə də, yalnız Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus dəvəti müsbət cavablandırıb”, – deyə Quminski bildirib.

Həmin ölkələrdən ümumilikdə 76 müşahidəçinin Ermənistanda parlament seçkilərini izləyəcəyi gözlənilir.

Qeyd edək ki, MDB-yə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistan daxildir. (azvision.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗