İşıq sayğaclarına qanunsuz müdaxilə edənlər kimlərdir? – RƏSMİ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərişıq” ASC ayrı-ayrı vətəndaşlar tərəfindən xarici ölkələrdən gətirilən müxtəlif maqnitlərdən istifadə olunaraq elektrik sayğaclarına qanunsuz yolla müdaxilə edilməklə dövlətə məxsus elektrik enerjisinin talandığı, həmin halların qarşısının alınması üçün köməklik göstərilməsi barədə Dövlət Gömrük Komitəsinə müraciət edib.

Bu haqda  komitənin mətbuat xidmətindən məlumat verilib.

Həmin müraciətə əsasən görülən tədbirlər nəticəsində Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişləri bölməsində gömrük nəzarəti zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən sifariş edilən maqnitlər aşkar edilərək saxlanılıb.

Ümumilikdə 20 fakt üzrə 25 maqnit aşkar edilib.

 

Sifariş verən şəxs Sifariş verilən ölkə Sayı
1 Osmanlı Fərid Malayziya 1
2 Kərimov Musa Niderland 1
3 Gözəlov İlkin Sinqapur 1
4 Əsədov Amal Sinqapur 1
5 Orucov Samir İsveç 2
6 Tağıyev Ruslan Niderland 2
7 Proçenko Aleksandr Ukrayna 2
8 Samir Salahov Türkiyə 1
9 Kələntərov Əjdər Niderland 1
10 Elmira Xıdırova Niderland 2
11 Kamran Həsənov Niderland 1
12 Əsgərov Elgün Türkiyə 1
13 Fərəcov Nurlan Türkiyə 1
14 Məmmədov Məhəmməd Niderland 1
15 Misirov Elçin Niderland 2
16 Cavadov Əlibala Ukrayna 1
17 Abışov İsrail Rusiya 1
18 Bayraməliyev Samir Niderland 1
19 Dəmirova Naibə Sinqapur 1
20 Əliyev İlkin Türkiyə 1

 

Bütün faktlarla bağlı araşdırma aparılır. (modern.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗